Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin 9 ayında 210 min qaz sayğacı əvəz edib.
Bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz"ın şöbə rəisi Rövşən Mehiyəddinov bildirib.
“Bu gün 2,4 miyona yaxın abonent qaz sayğacları ilə təmin edilib. 2022-ci ilin əvəllinə 650 minə qədər dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Cari ilin 9 ay ərzində 210 min qaz sayğacının əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfırlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”, - o qeyd edib.