​Azərbaycanda məktəbdə şagirdlərin zəhərlənmə səbəbi məlum oldu

​Azərbaycanda məktəbdə şagirdlərin zəhərlənmə səbəbi
15:46 07.10.2022
243 Sosial
A- A+

Gəncə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.

Məktəbdən “Report”a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. 

“Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. 

Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər”, - məktəbdən qeyd edilib.