​“Bakı Metropoliteni” sentyabr ayı ərzində daşıdığı sərnişinlərin sayını açıqladı

​“Bakı Metropoliteni” sentyabr ayı ərzində daşıdığı sərnişinlərin sayını
16:33 07.10.2022
223 Sosial
A- A+

Sentyabr ayı ərzində “Bakı Metropoliteni” 18 milyon 336 min 117 sərnişin daşıyıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hər gün orta hesabla 611 min 204 sərnişin metrodan istifadə edib:

“Yeni tədris mövsümünün başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabr ayının 15-dən Bakı metropolitenindən istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metropoliten orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49.02 faizini təşkil edib”.