Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SÜLH.İNFO.az- ın məlumatına görə, qəza zamanı iki minik avtomobili toqquşub.
Nəticədə rayon sakinləri - Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.