​Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

​Goranboyda iki avtomobil toqquşub,
16:00 08.10.2022
249 Hadisə
A- A+

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.