​Ağdamda mina partladı, xəsarət alanlar var - RƏSMİ

​Ağdamda mina partladı, xəsarət alanlar var -
18:25 08.10.2022
336 Hadisə
A- A+

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.