​Şotlandiyanın müstəqillik tərəfdarlarının sayı artıb

​Şotlandiyanın müstəqillik tərəfdarlarının
11:15 09.10.2022
272 Siyasət
A- A+

Elizabet Tras Böyük Britaniyada hakimiyyətə gəldikdən sonra Şotlandiyanın müstəqillik tərəfdarlarının sayı artıb.

Bunu Şotlandiyanın birinci naziri Nikola Starcen bəyan edib.

Onun sözlərinə görə, yeni baş nazirin iqtisadi siyasəti ölkə iqtisadiyyatının çökməsinə səbəb ola bilər.

O, əlavə edib ki, hətta müstəqillik halında da Şotlandiya Britaniyanın maliyyə sistemini bir müddət dəstəkləməli olacaq.