​"Culiya" tropik fırtınası qasırğaya çevrilir

​
11:30 09.10.2022
268 Dünya
A- A+

"Culiya" tropik fırtınası şənbə günü Atlantik okeanında Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çevrilib.

Bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, qasırğa daxilində küləyin sürəti 33,5 m/s təşkil edir. O, Nikaraquanın ən şərq nöqtəsindən 200 km şərqdə yerləşir və 27 km/saat sürətlə qərbə doğru irəliləyir.

Kolumbiyada fırtınanın yaxınlaşması ilə əlaqədar Nikaraqua və Hondurasa fırtına xəbərdarlığı elan edib.

Mənbə: Report