​BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə layihəsini müzakirəyə çıxarır

​BMT Baş Assambleyası Rusiyaya qarşı qətnamə layihəsini müzakirəyə
09:38 10.10.2022
279 Siyasət
A- A+

Bu gün baş tutacaq BMT Baş Assambleyasının xüsusi sessiyasında Rusiyanın Ukraynanın işğal olunmuş dörd vilayətinin ilhaqını pisləyən qətnamə layihəsi müzakirəyə çıxarılacaq.

Sulh.info.az xəbər verir ki, qətnamədə bütün dövlətlər və beynəlxalq təşkilatlar Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırılır.

Qətnaməyə əsasən, Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması tələb olunur. Layihəni ABŞ və Albaniya hazırlayıb.