​"Rusiya Ukrayna xalqını məhv etməyə çalışır" - Volodimir Zelenski

​
11:16 10.10.2022
318 Dünya
A- A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib.

Sulh.info.az xəbər verir ki, o, bu barədə "Telegram"da yazıb. Qeyd edib ki, Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır.

O, qeyd edib ki, Ukraynanın hər yerində hava hücumu səngimir, raket zərbələri davam edir. Ölənlər və yaralananlar var.

Zelenski xalqını sığınacaqları tərk etməməyə çağırıb: “Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”.