​Kəlbəcər və Daşkəsəndə yeni aşkar olunan minalar zərərsizləşdirilib - MN

​Kəlbəcər və Daşkəsəndə yeni aşkar olunan minalar zərərsizləşdirilib -
12:00 10.10.2022
294 Ölkə
A- A+

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Sulh.info.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.