​Azərbaycan “13-cü Boğaziçi Sammiti”ndə iştirak edəcək

​Azərbaycan “13-cü Boğaziçi Sammiti”ndə
11:59 10.10.2022
266 Ölkə
A- A+

Azərbaycan noyabrın 10-11-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “13-cü Boğaziçi Sammiti”ndə iştirak edəcək.

Sulh.info.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, tədbiri Beynəlxalq Əməkdaşlıq Platforması (UIP) “Böyük Transformasiya” şüarı ilə təşkil edəcək. Sammitdə 70-dən çox ölkədən məruzəçi olacağı gözlənilir. Artıq 43 ölkədən spikerlər iştirakını təsdiqləyib.