​Lənkəranda şəhid ailəsi üzvünün çantasından oğurluq edən şəxs tutulub

​Lənkəranda şəhid ailəsi üzvünün çantasından oğurluq edən şəxs
12:15 10.10.2022
271 Hadisə
A- A+

Lənkəranda şəhidin ailə üzvünün çantasından pul oğurlayan şəxs saxlanılıb.

 Sulh.info.az  xəbər verir ki, bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.  Astara sakini, Vətən müharibəsi şəhidinin ailə üzvü olan bir nəfər qadın polisə müraciət edərək Lənkəran şəhəri Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.