​Ölüb dirilən qadının sözləri ŞOK ETDİ: "Tanrının səsini eşitdim"

​Ölüb dirilən qadının sözləri ŞOK ETDİ:
12:35 10.10.2022
488 Maraqlı
A- A+

ABŞ-də öldüyünü və sonra dirildiyini iddia edən tibb bacısının sözləri hər kəsi heyrətə gətirib.

Sulh.info.az xəbər verir ki, ABŞ-nin Kentukki ştatında yaşayan 52 yaşlı tibb bacısı Penni Vittbrodt tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib və tənəffüs aparatına qoşulub. Qadının həyat funksiyaları dayansa da, sonradan həyata qayıdıb.

Penni Vittbrodt öldüyü iddia edilən müddətdə yaşadıqlarından ilk dəfə danışıb. Penni bildirib ki, ruhu bədəndən ayrıldıqdan sonra parlaq bir işıq görüb və ilk olaraq nənəsi ilə görüşüb. O, iddia edir ki, nənəsi ona "sakit olmalısan" deyib. O, daha sonra dünyada yaşadığı ağrılara görə Allahı şikayət etdiyini və gözlənilməz bir vəziyyətlə üzləşdiyini bildirib:

"Ruhum bədəni tərk etdi və mən öləndə Allahın səsini eşitdim. Dünyada çəkdiyim ağrılara görə ona şikayətləndim. O, mənə dedi ki, dünyada çəkdiyim əziyyətin əvəzini öləndə alacağam".

Mənbə: NewYork Post