​Lukaşenko: "Ukraynadan Belarusa zərbələr endiriləcəyi ilə bağlı xəbərdarlıq almışıq”

​Lukaşenko:
14:15 10.10.2022
242 Dünya
A- A+

Minskə qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə deyib.

“Mənim cavabım sadə idi: “Ukrayna prezidentinə və digər dəlilərə deyin ki, əgər onlar çirkli əlləri ilə ərazimizin ən azı bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək”, - deyə Lukaşenko vurğulayıb.

Lukaşenko hərbçiləri dövlətin təhlükəsizliyini gücləndirmək üçün daha nə etmək lazım olduğunu müəyyənləşdirməyi təklif edib.