Ukraynanın Lvov şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb, İstilik Elektrik Stansiyaları (İES) fəaliyyət göstərmir.
Bu haqda şəhər meri Andrey Sadovı öz “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiyanın bu gün səhərdən başlayan kütləvi raket hücumları şəhərin elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub
Raket zərbələri nəticəsində həmçinin İES-lərin fəaliyyəti dayanıb və bu səbəbdən şəhərə isti su verilmir. Lvovun su təchizatını bərpa etmək üçün bəzi nasos stansiyalarında elektrik generatorları quraşdırılıb.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Rusiya Ukraynanın müxtəlif şəhərlərinə kütləvi raket zərbələri endirir və bu səbəbdən Lvov meri əhalini sığınacaqlarda qalmağa çağırıb.