​"Bütün imkanlarımızla Ukraynanın yanında olacağıq" - Avropa Komissiyası

​
16:18 10.10.2022
268 Siyasət
A- A+

“Biz bütün imkanlarımızla Ukraynanın yanında olacağıq”.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.

O, Rusiyanın Ukraynaya hücumundan dəhşətə gəldiyini bildirib.

“Əminəm ki, ukraynalılar güclü olacaqlar”, - Avropa Komissiyasının Prezidenti bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

Mənbə: Report