​“Ukraynada mülki vətəndaşların öldürülməsi alçaqlıqdır” - İsveçin XİN başçısı

​“Ukraynada mülki vətəndaşların öldürülməsi alçaqlıqdır” -
16:50 10.10.2022
267 Siyasət
A- A+

“Ukraynaya dəstəyimiz davam edəcək”.

Bunu İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb.

O bildirib ki, İsveç Rusiyaya qarşı sanksiyaları gücləndirmək əzminə malikdir: “Pik saatlarda Ukraynanın hər yerində dinc mülki vətəndaşların öldürülməsi alçaq bir əlacsızlıqdır”.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

Mənbə: Report