​Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir”

​Şarl Mişel: “Rusiyanın Ukraynaya raket hücumu
20:30 10.10.2022
263 Dünya
A- A+

Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu hücumlar müharibə cinayətidir.

“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik” – Mişel vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.