​Keçmiş polis rəisini avtomobil vuraraq öldürüb

​Keçmiş polis rəisini avtomobil vuraraq
10:51 11.10.2022
233 Hadisə
A- A+

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb. 

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.

Nəticədə o hadisə yerində vəfat edib.

Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Faktla bağlı araşdırma aparılır.