​Azərbaycan Prezidenti Qırğız Respublikasına dövlət səfəri edəcək

​Azərbaycan Prezidenti Qırğız Respublikasına dövlət səfəri
11:35 11.10.2022
226 Siyasət
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-12-də Qırğız Respublikasına dövlət səfəri edəcək.

Bu barədə Qırğız Respublikası mətbuatı məlumat verib.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Sadır Japarov ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, dövlət səfəri çərçivəsində "Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulur.

Mənbə: APA