“Ukraynada xüsusi əməliyyatda dönüş noyabr-fevral aylarına təsadüf edə bilər”.
Bu sözləri Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel oktyabrın 11-də ölkəsində və xaricdə yaranan hərbi-siyasi vəziyyətdən danışarkən qeyd edib.
O, qeyd edib ki, Rusiya keyfiyyətcə səfərbərlik keçirə bilərsə, qruplaşmalarını texniki vasitələr və qabaqcıl silahlarla təmin edərsə, o zaman hərbi əməliyyatlar əsas mərhələyə keçəcək: “Hesablamalarımıza görə, bu ilin noyabrından gələn fevral ayına qədər dönüş nöqtəsi olacaq”.
Mənbə: TASS