Dünyaca məşhur ifaçı Şakira İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara dəstəyini bildirib.
O,bununla bağlı öz “Twitter” hesabında paylaşım edib.
Müğənni Məhsa Əmininin şəklini paylaşıb və iranlı qadınların yanında olduğunu bildirib.
“Ürəyim Məhsa Əmininin ailəsi, İran qadınları və məktəbli qızları, həmçinin azadlığı uğrunda mübarizə aparan hər kəslədir”, - deyə qeyd edib.
My heart is with Mahsa Amini’s family and with the women and schoolgirls of Iran and all those fighting for freedom of expression. #MahsaAmini pic.twitter.com/PbFBMTcP6W
— Shakira (@shakira) October 10, 2022