“Son 30 ildə Ermənistanın Azərbaycan sərhədlərini arəşə tutmaq adəti formalaşıb. 44 günlük vətən müharibəsindən sonra qısa bir müddət sakitlik olsa da, bir müddət sonra əvvəlki dövrlərdə olduğu kimi Azərbaycan sərhədlərini atəşə tutmaq adəti etdilər. Ermənistan tərəfinin sülh barədə fikirləri istər müharibədən əvvəl, istərsə də sonra həmişə xarici ictimaiyyət üçün deyilmiş fikirlərdir. Reallıqda onlar bu sülhlə razılaşmırlar, bizim torpaqlardan pay istəyirlər. Çünki bütün dünyadakı erməni lobbisinin və erməniliyin ideoloji nüvəsində məhz bizim torpaqlardan pay ummaq, Türkiyədən genosid iddiaları və s. durur”.
Sulh.info.az xəbər verir ki, bu sözləri bir neçə gündür Azərbaycan-Ermənistan sərhəddində atəşkəsin pozulması ilə bağlı saytımıza danışan politoloq Yeganə Hacıyeva deyib. O, qeyd edib ki, Ermənistan istəsə də, istəməsə də sülhü imzalamağa məcburdur:
“Amma əsas məqam budur ki, Ermənistan tərəfi istəsə də, istəməsə də sülh sazişinə gedən prosesin iştirakçısıdır. Bu proses isə Ermənistan üçün də öhdəlik və məsluliyyət formalaşdırıb. Sülhə gedən yolda ümumilikdə Ermənistanın da imza atdığı razılaşdırılmış, sülhəqədər prosesləri tənzimləyən öhdəliklər var. Ermənistan istəsə də, istəməsə də sülhə sazişini imzalamağa məcburdur, əks halda bu müharibə şərtləri formalaşdırır. Azərbaycan prezidentinin və sülh sazişi üçün çalışan tərəflərin veriyi mesajlardan irəlidə iki aylıq bir müddət üçün gözləntilər var. Bu müddət ərzində ilin sonuna kimi Avropa Birliyi və Fransanın Azərbaycan-Ermənistan sərhədində missiyası fəaliyyət göstərəcək. Artıq onlar ərazidə missiyanın yerləşməsi üçün bir sıra addımlar atıblar”.
Politoloq vurğulayıb ki, biz qonşularımızın xarakterinə bələdik. Sülh müqaviləsi bağlansa belə gələcəkdə sərhəd xəttində gərginliklər ola bilər:
“Daha sonrakı mərhələdə ilin sonuna kimi öz missiyalarını tam miqyasda həyata keçirəcəklər. Bu missiyanın həyata keçirilməsində Fransadan dürüstlük gözləntimiz yoxdur. Fransa bizə münasibətdə heç vaxt dürüst olmayıb, olmayacaq da. Amma Avropa Birliyinin bu missiyada reallığı daha az təhrif edə biləcəkləri gözləntimiz var. Düzdür, biz deyə bilmərik ki, onlar həmin zaman üçün fəaliyyəti dövründə sərhəddə ermənilərin sülhü pozmaq cəhdlərini tam da fiksə edəcəklər, tam miqyasda monitorinq keçirəcəklər, prosesləri izləyəcəklər və s. Yəni tam olmasa da, Avropa Birliyindən qismən gözləntimiz var. Onların dürüst monitorinqi belə bu ilin sonuna kimi irəlidəki iki aylıq müddətdə sülh sazişinin imzalanması üçün proseslərə dəstək ola bilər.
Ümumilikdə, Ermənistanın sülh sazişinə gedən yolda razılaşmaları pozmaqla bağlı təxribatları var və proses boyu davam edir. Heç kim qarantiya vermir ki, bu proseslərdən sonra da, yəni sülh müqaviləsi bağlanandan sonra da epizodik də olsa, sərhəd xəttində gərginliklər olmayacaq. Çünki biz qonşularımızın təbiətinə bələdik”.
Fidan Ali / Sulh.info.az