​“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb” - Çavuşoğlu

​“Azərbaycanla Ermənistan sülh sazişinin əsas bəndlərini razılaşdırıb” -
14:55 11.10.2022
226 Siyasət
A- A+

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvnet” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: “Geriyə yalnızca bunları həyata keçirmək qalır”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq.

O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.