​Mütəxəssislər Məhsa Əmininin ölüm səbəbini araşdırıb

​Mütəxəssislər Məhsa Əmininin ölüm səbəbini
15:15 11.10.2022
279 Dünya
A- A+

Məhsa Əmininin ölüm səbəbinin araşdırılması üçün xüsusi komissiya təşkil edilib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.

O bildirib ki, komissiya tibb sahəsinin müxtəlif sahələrini əhatə edən 19 mütəxəssisin iştirakı ilə yaradılıb və məsələ dəqiq və lazımi vaxt sərf olunaraq araşdırılıb: “Komissiya rəyin tez verilməsinin vacibliyini anlasa da, dəqiqlik məsələlərini də qurban verməyib. Müvafiq hüquqi standartlara hərtərəfli riayət etməklə komissiya təşkil edilib”.

O Məhsa Əmini ilə bağlı məhkəmə-tibb ekspertizasının rəyinin dərc olunduğunu vurğulayıb.

Mənbə: APA