​Qırğızıstan-Azərbaycan Dostluq Parkı açıldı

​Qırğızıstan-Azərbaycan
19:15 11.10.2022
287 Siyasət
A- A+

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

SÜLH.İNFO.az xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə çıxış etdilər.