​Laçında tank mərmisi və əl qumbaraları aşkarlanıb

​Laçında tank mərmisi və əl qumbaraları
09:05 12.10.2022
230 Hadisə
A- A+

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zerti kəndi ərazisində tapılan 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənbə: Report