​Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion komandiridir

​Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion
10:27 12.10.2022
243 Hadisə
A- A+

Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş.

Oxu.Az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, B.Məmmədov həmin rayonda N saylı hərbi hissədə divizion komandiridir. 

Faktla bağlı araşdırma aparılır.