​Krım körpüsündə terror aktını təşkil edənlərin milliyəti açıqlanıb

​Krım körpüsündə terror aktını təşkil edənlərin milliyəti
10:30 12.10.2022
254 Dünya
A- A+

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.

Qeyd olunub ki, partlayışla bağlı istintintaq davam etdirilir. Bildirilib ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

Bildirilib ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Mənbə: Ria novosti