​Mərdəkanda marketdən xeyriyyə qutusu oğurlanıb

​Mərdəkanda marketdən xeyriyyə qutusu
10:45 12.10.2022
240 Hadisə
A- A+

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Mənbə: APA