​Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib

​Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya
11:25 12.10.2022
A- A+

Bəstəkar, Əəkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.

Bu barədə APA-ya bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.

Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzə Pir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.

Mənbə: APA