​Məşhur aktrisa vəfat etdi

​Məşhur aktrisa
12:00 12.10.2022
A- A+

90-cı illərin sevilən serialı “Cinayət masası”nın məşhur ulduzu Angela Lansburi vəfat edib.

5 gün sonra 97 yaşını qeyd edəcək olan aktrisanın ölüm xəbərini ailəsi “Los Ancelesdəki evində xoşbəxt şəkildə öldü” ifadəsi ilə elan edib.

Xatırladaq ki, aktrisa oynadığı rollarla 3 dəfə Oskara namizəd göstərilib.

O, Amerikanın ən məşhur teatr mükafatı sayılan “Toni” mükafatını 5 dəfə qazanıb.