​Gürcüstanın müdafiə naziri NATO Baş katibi ilə görüşüb

​Gürcüstanın müdafiə naziri NATO Baş katibi ilə
13:45 12.10.2022
214 Siyasət
A- A+

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri Burçuladze Almaniyada Ramşteyn bazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək. Burada ölkələr cari ehtiyacları və Ukraynadakı vəziyyəti, NATO-ya üzvü və tərəfdaş dövlətlərin bu ölkəyə dəstəyini müzakirə edəcəklər.