​Ruhəngiz Qasımovanın qızı: “Bacısı qızının doğum gününə gələcəkdi”

​Ruhəngiz Qasımovanın qızı:
13:40 12.10.2022
A- A+

“Ruhəngiz Qasımova bacısı qızının doğum gününə gələcəkdi”. 

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib. Onun sözlərinə görə, sentyabrın 26-da mərhum bəstəlar Bakıya gələcəkmiş:

“Avqustun 14-ü Honkonqa getdik. 1 ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da Bakıya gəlməli idik. Anamın halı pisləşdi. Son sözü o oldu ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma. Böyrəkləri işləmirdi”.

C.Süleymanlı qeyd edib ki, Ruhəngiz xanım yoldaşının yoxluğuna dözə bilmirmiş:

“Anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Güclü adam idi. Dəfn yerini biz müəyyən etdik”.