Oktyabrın 9-da Honkonqda vəfat edən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə bu gün vida mərasimi keçirilib.
Onun nəşi Təzə Pir məscidinə gətirilib. Sənətçi ilə vida mərasimində onun ailə üzvləri və mədəniyyət nümayəndələri iştirak edib.
Ruhəngiz Qasımova ilə vida mərasimi yekunlaşdıqdan sonra cənazə Yasamal qəbiristanlığına aparılacaq və oradakı ailə məzarlığında dəfn ediləcək.
Mənbə: Qafqazinfo