​Rusiyanın kamikadze PUA-ları Vinnitsaya hücum etdi

​Rusiyanın kamikadze PUA-ları Vinnitsaya
20:15 12.10.2022
401 Dünya
A- A+

Rusiya qoşunları kamikadze pilotsuz təyyarələrlə Ukraynanın Vinnitsa bölgəsinə hücum etməyə cəhd ediblər.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Vinnitsa Regional Hərbi Administrasiyasının sədri Sergey Borzov bildirib.

"Düşmən Vinnitsa bölgəsinə iki kamikadze pilotsuz uçan aparatla hücum edib. Hər iki PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", - məlumatda deyilib.