NASA "Artemis 1" missiyasını Aya noyabrın 14-də yola salmaq niyyətindədir.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə NASA-dan verilən açıqlamada bildirilib.
Buraxılış üçün ehtiyat günlər noyabrın 16-sı və 19-u seçilib. Buraxılışın uğurla keçəcəyi təqdirdə "Artemis"in Ayın orbitinə uçuşu və Yerə geri dönməyi 25 gün çəkəcək.
Aparatın dekabrın 9-da Yerə qayıtması nəzərdə tutulur.