​Stoltenberq Türkiyəyə buna görə təşəkkür etdi

​Stoltenberq Türkiyəyə buna görə
22:45 12.10.2022
408 Dünya
A- A+

Türkiyə milli müdafiə naziri Hulusi Akarla NATO Baş katibi Yens Stoltenberq arasında Brüsseldə görüş keçirilib.

SÜLH.İNFO.az xəbər verir ki, görüşdə Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini bildirib.

Stoltenberq Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür edib.