Uşaqlıqdan heyvanları, xüsusilə də dördayaqlıları çox sevən gənc it kimi yaşamaq qərarı alıb.
Məlumata əsasən, sosial mediada özünü Toko adı ilə təqdim edən yapon gənc uşaqlıqdan “border collie” itlərini çox sevib.
Onun bu sevgisi özünü it kimi hiss edəcəyi kostyumu tikdirməklə nəticələnib. Tokonun arzuladığı həmin kostyum 40 gün ərzində hazırlanıb. Gənc kostyumu əldə etmək üçün 2 milyon yen xərcləyib.
Gənc hisslərini belə ifadə edib:
“Heyvanları sevirəm. Uşaqlıqdan bəri bütün həyatım boyu heyvan olmağın necə olduğunu düşünürdüm. Özümə uyğun bir növ tapdım. Nəhayət ki, bunu bacardım”.
Mənbə: Milliyet