"Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək".
Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında məlumat yayıb.
O, bildirib ki, “dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır”.
“Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq. Baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir”, - deyə əlavə edib.