​"Dəmir İpək Yolunu dirçəltməkdə davam edirik" - Türkiyəli nazir

​
12:15 13.10.2022
A- A+

"İnvestisiya qoyuluşlarımız hesabına Dəmir İpək Yolunu dirçəltməkdə davam edirik".

Bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu “Twitter”də yazıb.

“Orta Dəhlizin gücləndirilməsi istiqamətində də işlər aparırıq", - deyə o, qeyd edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir.