“Avropada davam edən enerji böhranı 2023-cü ildən 2024-cü ilə qədər və ola bilsin ki, daha sonra da davam edəcək”.
Bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto Avropa İttifaqının (Aİ) energetika nazirlərinin görüşündən sonra deyib.
"Biz indi tarixdə ilk qlobal enerji böhranını görürük və bu, uzunmüddətlidir", -deyə nazir bildirib. Onu da əlavə edib ki, Macarıstan Rusiya ilə razılığa gəldikdən sonra öz enerji təchizatı təmin edilib.
Qeyd edək ki, Macarıstan qazın təxminən 80 faizini Rusiyanın qaz nəhəngi “Qazprom”dan alır.
Mənbə: Trt haber