​"Yaşayan Nostradamus" 2024-cü ildə işğal ediləcək ölkəni AÇIQLADI

​
13:26 13.10.2022
344 Maraqlı
A- A+

"Yaşayan Nostradamus" kimi məşhur olan braziliyalı Salome ABŞ-nin 2024-cü ildə işğal ediləcəyini iddia edib.

Koronavirus pandemiyasından tutmuş Rusiyanın Ukraynaya hücumuna qədər bütün hadisələri proqnozlaşdıran və “Yaşayan Nostradamus” kimi tanınan braziliyalı Athos Salome ABŞ-nin 2024 və ya 2026-cı illərdə bir hücumla sarsılacağını və işğal təhlükəsi ilə üz-üzə qalacağını iddia edib.

Braziliyanın Divinopolis şəhərində yaşayan 36 yaşlı Salome Britaniyanın “Daily Star” tabloid qəzetinə bu barədə müsahibə verib. Salome ABŞ-ni nəzərdə tutaraq, "Göydən nəsə düşəcək və heç nə qalmayacaq, bu, müharibənin başladığı barədə xəbərdarlıq olacaq. Bir neçə böyük lider ABŞ-ni cəhənnəmə çevirmək üçün birləşəcək. Bu, 11 sentyabr hücumlarından daha dağıdıcı olacaq" deyib.

Mənbə: Manset