“Qərbin başqa ölkələrdə dövlət çevrilişləri təşkil etmək təcrübəsi III Dünya Müharibəsinin başlaması riskini artırır”.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 6-cı Zirvə Toplantısında çıxış edərkən deyib. Eyni zamanda Lukaşenko, Belarusun nüvə silahından könüllü olaraq imtina etdiyini qeyd edib.
"Başqa ölkələrdə çevrilişlərin təşkili təcrübəsi və bu çağırışa cavab verməyə müvəffəq olan dövlətlərin sanksiyaları beynəlxalq hüquq normalarına necə uyğun gəlir? Heç kim bu sualı vermir. Cavabımız aydın olmalıdır. Bu, qəbuledilməzdir", - deyə o əlavə edib.
Təhlükəsizlik sahəsində vəziyyətin təkcə Avropada deyil, bütün dünyada pisləşdiyini deyən Lukaşenko, Asiyada da problemlərin yaşanmağa başladığını bildirib.
"Sülhməramlı xidmətlər təklif edən qərb ölkələri, əslində, yalnız atəşi alovlandırır və gərginliyin azaldılmasında maraqlı deyillər. Onların məqsədi fitnə yaratmaq, hamını parçalamaq, bazarlara və resurslara nəzarətsiz çıxış təmin etməkdir", - deyə Lukaşenko bildirib.
Mənbə: Trt haber