​İran Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək

​İran Azərbaycanla sərhəddə hərbi
15:00 13.10.2022
257 Hərbi
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional qərargahı Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək.

Bunu SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.

O bildirib ki, təlimlər yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçiriləcək.

Pakvər qeyd edib ki, təlim ordunun illik təqviminə uyğun olaraq və Ordu Korpusunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində tapşırığın icrası məqsədilə keçirilir.

Mənbə: APA