İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı və Mingəçevir şəhərlərindəki Məlumat Mərkəzlərinin 1 illik könüllü sığortası üçün elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalında qeyd edilir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 8,5 min manat ödəniləcək.