​Britaniyanın müdafiə naziri Makronu TƏNQİD ETDİ

​Britaniyanın müdafiə naziri Makronu
11:05 14.10.2022
233 Dünya
A- A+

Fransa Prezidenti Emmanuel Makron nüvə silahından istifadə ilə bağlı mövqeyini vaxtından əvvəl açıqlayıb.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Nazirin sözlərinə görə, Fransa Prezidentinin bəyanatı çəkindirmə prinsiplərini təhdid edir.

Qeyd edək ki, oktyabrın 12-də “France 2” telekanalında Emmanuel Makron bildirib ki, Ukraynaya nüvə zərbəsi Fransanı birbaşa təhlükə altına salmayacaq. Ona görə də ölkənin hərbi doktrinası simmetrik cavabı nəzərdə tutmur. O, həmçinin nüvə təhlükəsi haqqında daha az danışmağa və sülh üçün daha çox səy göstərməyə çağırıb.

Mənbə: The Telegraph