“İranın Ermənistana silah tədarükünün qarşısını heç nə ala bilməz”.
Bu sözləri İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib. O, bildirib ki, buna heç nə mane ola bilməz.
“İran yəqin ki, müvafiq mexanizmlərlə məsələni müzakirə etmək və Ermənistana faydalı olmaq istəyini ifadə edəcək. İndiki vəziyyətdə bu məsələdə hər iki tərəfin əhval-ruhiyyəsinə əl ataraq, danışıqlar aparmağa dəyməz. Hazırda iki ölkənin müvafiq rəsmiləri səviyyəsində bununla bağlı danışıqların aparılıb-aparılmadığını deyə bilmərəm. Mən istisna etmirəm ki, İran silahlarının Ermənistana çatdırılması üçün imkanlar var və olacaq”, – deyə Beqlaryan əlavə edib.
Mənbə: News.am