​MDB-yə sədrlik Qırğız Respublikasına keçib

​MDB-yə sədrlik Qırğız Respublikasına
11:30 14.10.2022
224 Siyasət
A- A+

Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək.

Bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub.

MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Xatırladaq ki, MDB-yə hazırda Qazaxıstan sədrlik edir.